​Çempionlar Liqası: "Play-off" mərhələsinin nəticələri - VİDEO

​Çempionlar Liqası: "Play-off" mərhələsinin nəticələri - VİDEO Cavab qarşılaşmaları avqustun 25-də keçiriləcək
Futbol
20 Avqust , 2015 03:40
​Çempionlar Liqası: Play-off mərhələsinin nəticələri - VİDEO

Bakı. 20 Avqust. REPORT.AZ/ Avqustun 19-da 2015/2016-cı illər mövsümündə futbol üzrə Çempionlar Liqasının "play-off" mərhələsinin növbəti turunun ilk oyunları keçirilib.

"Report" xəbər verir ki, qarşılaşmalar sırasında Ukrayna "Şaxtyor"unun səfərdə Avstriyanın "Rapid" klubunu məğlub etməsini, həmçinin "Valensiya"nın "Monako" üzərində inamlı qələbəsini xüsusi olaraq qeyd etmək olar.

Xatırladaq ki, bu komandalar arasında cavab qarşılaşmaları avqustun 25-də keçiriləcək.

Çempionlar Liqası. "Play-off" mərhələsi. İlk oyunlar

"Rapid" (Avstriya) – "Şaxtyor" (Ukrayna) 0:1

Qol: Marlos, 44.

"Skenderbeu" (Albaniya) – "Dinamo" (Zaqreb, Xorvatiya) 1:2

Qollar: Şkembi, 37 – El Sudani, 66, Pivariç, 90+1.

"Bazel" (İsveçrə) – "Makkabi" (Tel-Əviv, İsrail) 2:2

Qollar: Delqado, 39 (pen.), Embolo, 88 – Zehavi, 31, 90+6.

"Seltik" (Şotlandiya) – "Malmö" (İsveçə) 3:2

Qollar: Qriffits, 3, 62, Bitton, 10 – Berqet, 52, 90+5.

"Valensiya" (İspaniya) – "Monako" (Fransa) 3:1 (1:0)

Qollar: Rodriqo, 4, Parexo, 59, Fequli, 86 – Pasaliç, 49.

Son xəbərlər

Orphus sistemi