Çempionlar Liqası oyununun yeri dəyişdirildi

Çempionlar Liqası oyununun yeri dəyişdirildi Qarşılaşma Budapeştdəki "Puşkaş Arena"da keçiriləcək
Futbol
109
10 Mart , 2021 14:34
Çempionlar Liqası oyununun yeri dəyişdirildi

"Mançester Siti" Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab görüşündə Almaniyanın "Borussiya" (Mönhenqladbax) klubunu İngiltərədə qəbul edə bilməyəcək.

"Report" UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşma martın 16-da Macarıstanın paytaxtı Budapeştdəki "Puşkaş Arena"da keçiriləcək və Bakı vaxtı ilə saat 24:00-da başlayacaq.

Məkan dəyişikliyinə səbəb kimi koronavirus pandemiyasına görə tətbiq edilən səyahət məhdudiyyətləri göstərilib.

Qeyd edək ki, komandalar arasındakı ilk görüşdə "Mançester Siti" qələbə qazanıb - 2:0. Həmin görüş də "Puşkaş Arena"da gerçəkləşib.

Son xəbərlər

Orphus sistemi