Çempionlar Liqası: Niderland təmsilçisi qrup mərhələsində iştirak edəcək

Çempionlar Liqası: Niderland təmsilçisi qrup mərhələsində iştirak edəcək Niderlandın "Ayaks" klubu 2020/2021 mövsümündə UEFA Çempionlar Liqasının qrup mərhələsində olacaq.
Futbol
690
20 Avqust , 2020 10:23
Çempionlar Liqası: Niderland təmsilçisi qrup mərhələsində iştirak edəcək

Niderlandın "Ayaks" klubu 2020/2021 mövsümündə UEFA Çempionlar Liqasının qrup mərhələsində olacaq. 

"Report"un məlumatına görə, bu, Almaniya "Bavariya"sının Çempionlar Liqasının yarımfinalında Fransa "Lion"ununu məğlub etməsi sayəsində gerçəkləşib - 3:0. 

Münhen təmsilçisi turnirin finalında Fransanın digər klubu PSJ ilə avqustun 23-də üz-üzə gələcək. Çempionlar Liqasını qazanmaq, gələn mövsüm üçün turnirin qrup mərhələsində oynamaq üçün zəmanət verir. Lakin hər iki finalçı daxili çempionatın qalibi olub və qrup mərhələsindəki yerlərini öncədən təmin edib. 

Bu səbəbdən UEFA reytinqində 11-ci ilan Niderland təmsilçisi "Ayaks" qitənin bir nömrəli klub turnirinin qrup mərhələsində iştirak hüququna yiyələnib. 

Daha əvvəl Amsterdam təmsilçisi pley-off mərhələsində mübarizəyə başlamalı idi. 

Son xəbərlər

Orphus sistemi