Çempionlar Liqası: "Neftçi"nin aqibətini yaşayan 15 klub

Çempionlar Liqası: "Neftçi"nin aqibətini yaşayan 15 klub UEFA Çempionlar Liqasının (ÇL) 2021/2022 mövsümündə 32 komanda mübarizəyə I təsnifat mərhələsindən start verib.
Futbol
31 Avqust , 2021 17:31
Çempionlar Liqası: Neftçinin aqibətini yaşayan 15 klub

UEFA Çempionlar Liqasının (ÇL) 2021/2022 mövsümündə 32 komanda mübarizəyə I təsnifat mərhələsindən start verib.

"Report"un məlumatına görə, bunlardan cəmi 2-si - İsveç "Malmö"sü ilə Moldova "Şerif"i qitənin bir nömrəli klub turnirinin qrupuna vəsiqə qazanıb.

Digər tərəfdən, ÇL-də I raundun 4 iştirakçısı - Macarıstan "Ferentsvaroş"u, Polşa "Legiya"sı, Bolqarıstan "Lüdoqorets"i və Xorvatiyanın "Dinamo" (Zaqreb) klubu Avropa Liqasının qrup mərhələsində oynamaq hüququ qazanıb.

Estoniyanın "Flora", Rumıniyanın ÇFR, Cəbəllütariqin "Linkoln", Sloveniyanın "Mura", Norveçin "Budyo-Qlimt", Finlandiyanın HİK (Helsinki), Slovakiyanın "Slovan" (Bratislava), İsrailin "Makkabi" (Hayfa), Qazaxıstanın "Kayrat" və Ermənistanın "Alaşkert" komandaları isə Konfrans Liqasında qrup mərhələsinə yüksəliblər.

Aralarında "Neftçi"nin də olduğu 16 kollektiv - "Hibernians" (Malta), "Priştina" (Kosovo), "Buduçnost" (Monteneqro), "Jalgiris" (Litva), "Linfild" (Şimali İrlandiya), "Borats" (Bosniya və Herseqovina), "Fola" (Lüksemburq), "Şkendiya" (Şimali Makedoniya), "Dinamo" (Tbilisi, Gürcüstan), "Şaxtyor" (Karaqanda, Belarus), "Şemrok Rovers" (İrlandiya), "Valür" (İslandiya), "Teuta" (Albaniya), "Riqa" (Latviya), "Konnas-Ki Nomads" (Uels) isə avrokuboklarla vidalaşıb.

Qeyd edək ki, ÇL-in I təsnifat mərhələsində Gürcüstanın "Dinamo" (Tbilisi) komandasını mübarizədən kənarlaşdıran "Neftçi" II raundda Yunanıstan "Olimpiakos"una uduzaraq, Avropa Liqasının III təsnifat mərhələsində Finlandiyanın HİK (Helsinki) komandasına rəqib olub. HİK səddini də keçə bilməyən "ağ-qaralar" Konfrans Liqasının pley-off mərhələsində İsrailin "Makkabi" (Hayfa) klubuna məğlub olaraq, avrokuboklarla vidalaşıb.

Son xəbərlər

Orphus sistemi