Çempionlar Liqasının "Latsio" - "Bayern" matçı keçirilməyə bilər

Çempionlar Liqasının "Latsio" - "Bayern" matçı keçirilməyə bilər Çempionlar Liqasının 1/8 final mərhələsinin "Latsio" və "Bayern" arasında ilk oyun təhlükə altındadır
Futbol
19 Fevral , 2021 23:45
Çempionlar Liqasının  Latsio - Bayern matçı keçirilməyə bilər

Çempionlar Liqasının 1/8 final mərhələsinin "Latsio" və "Bavariya" komandaları arasında ilk oyununun keçirilməsi sual altındadır.

Bu barədə "Report" "Sportschau.de"yə istinadən xəbər verir.

Məlumata görə, Münhen komandasının üzvləri koronavirusa yoluxma halları səbəbindən karantina gedə bilər.

Belə ki, komandanın müdafiəçisi Benjamin Pavara COVID-19 diaqnozu qoyulub. O, virusa yoluxan dördüncü futbolçudur.

"Latsio" - " Bavariya" matçı fevralın 23-də keçirilməlidir.

Son xəbərlər

Orphus sistemi