Çempionlar Liqası: Mançesterdə formal oyun, PSJ "Real Madrid"lə qarşılaşacaq

Çempionlar Liqası: Mançesterdə formal oyun, PSJ "Real Madrid"lə qarşılaşacaq Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin daha 2 oyunu keçiriləcək.
Futbol
9 Mart , 2022 07:30
Çempionlar Liqası: Mançesterdə formal oyun, PSJ Real Madridlə qarşılaşacaq

Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin daha 2 oyunu keçiriləcək.

"Report"un məlumatına görə, qarşılaşmalar Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Gecənin prinsipial qarşılaşmasında Fransa PSJ-si İspaniyada "Real Madrid"in qonağı olacaq. İlk matçda Paris təmsilçisi 1:0 hesablı qələbə qazanıb.

Meydan sahiblərinin heyətində Ferlan Mendi və Kazemiro cəzalı olduqları üçün oynamayacaqlar. Zədələrini yenicə sağaltmış Toni Kroos və Federiko Valverdenin isə meydana çıxmaları sual altındadır. Qonaqlarda Serxio Ramos və Leven Kürzava zədə səbəbindən oynamayacaqlar. Əşrəf Hakimi, Ander Errera və Kilian Mbappenin oyunda iştirak edib-etməyəcəyi dəqiq bilinmir.

Gecənin digər matçında İngiltərənin "Mançester Siti" klubu evdə Portuqaliya "Sportinq"ini sınağa çəkəcək. Səfərdəki ilk görüşdə 5:0 hesablı qələbə qazanan "şəhərlilər" cütün taleyini demək olar ki, həll ediblər.

Qarşılaşma öncəsi Mançester təmsilçisinin heyətində Kayl Uoker cəzalı, Ruben Diaş zədəlidir. Natan Akenin durumuna isə oyun günü aydınlıq gələcək. Lissabon təmsilçisində isə Joau Palinya, Pedru Qonsalveş və Daniel Braqansa zədə, Mateus Nunyes cəza səbəbindən meydana çıxmayacaq.

UEFA Çempionlar Liqası, 1/8 final

Cavab oyunları

9 mart

00:00. "Real Madrid" (İspaniya) - PSJ (Fransa)

Baş hakim: Denni Makkeli (Niderland)

İlk oyun - 0:1

00:00. "Mançester Siti" (İngiltərə) - "Sportinq" (Portuqaliya)

Baş hakim: Halil Umut Meler (Türkiyə)

İlk oyun: 5:0

Qeyd edək ki, daha əvvəl İngiltərənin "Liverpul" və Almaniyanın "Bavariya" komandaları 1/4 finala yüksəlib.

Son xəbərlər

Orphus sistemi