Çempionlar Liqası: Mahir Emrelinin komandası səfərdə heç-heçə edib

Çempionlar Liqası: Mahir Emrelinin komandası səfərdə heç-heçə edib UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinin ilk görüşlərinə yekun vurulub.
Futbol
1059
4 Avqust , 2021 23:56
Çempionlar Liqası: Mahir Emrelinin komandası səfərdə heç-heçə edib
Mahir Emreli

UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinin ilk görüşlərinə yekun vurulub.

"Report"un məlumatına görə, ikinci oyun günündə daha 3 matç keçirilib.

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Polşa "Legiya"sı Xorvatiyanın paytaxtı Zaqrebdə "Dinamo"nun qonağı olub. Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Hesabı meydan sahiblərindən Bruno Petkoviç 60-cı dəqiqədə açıb. 77-ci dəqiqədə "Dinamo"nun köməkçi-məşqçisi Alen Peternats qırmızı vərəqə alaraq, meydandan qovulub. 82-ci dəqiqədə isə Ernest Muçi bərabərlik qolunu vurub.

Matça start heyətdə başlayan Emreli 75-ci dəqiqədə yerini komanda yoldaşı Tomaş Pexarta verib.

Portuqaliya "Benfika"sı Rusiyanın paytaxtı Moskvada keçirilmiş görüşdə "Spartak"a, "Ferentsvaroş" isə Macarıstanda oynanılmış qarşılaşmada Çexiyanın "Slaviya" (Praqa) klubuna eyni hesabla qalib gəlib - 2:0.

4 avqust

Çempionlar Liqası, ilk oyunlar

21:00. "Spartak" (Moskva, Rusiya) - "Benfika" (Portuqaliya) - 0:2

Qollar: Rafa Silva, 51. Jilbertu, 74

22:00. "Dinamo" (Zaqreb, Xorvatiya) - "Legiya" (Polşa) - 1:1

Qol: Bruno Petkoviç, 60 - Ernest Muçi, 82

22:00. "Ferentsvaroş" (Macarıstan) - "Slaviya" (Praqa, Çexiya) - 2:0

Qollar: David Zima, 44 (öz qapısına). İqor Xaratin, 50 (pen.)

Qeyd edək ki, ilk oyun günündə 7 görüş keçirilib. Cavab qarşılaşmaları avqustun 10-da olacaq.

Son xəbərlər

Orphus sistemi