Çempionlar Liqası: Mahir Emrelinin komandası "Dinamo" ilə qarşılaşacaq

Çempionlar Liqası: Mahir Emrelinin komandası "Dinamo" ilə qarşılaşacaq Bu gün UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində ilk oyunlara yekun vurulacaq.
Futbol
657
4 Avqust , 2021 07:30
Çempionlar Liqası: Mahir Emrelinin komandası Dinamo ilə qarşılaşacaq

Bu gün UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində ilk oyunlara yekun vurulacaq.

"Report"un məlumatına görə, ikinci oyun günündə daha 3 matç keçiriləcək.

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Polşa "Legiya"sı Xorvatiyada "Dinamo" (Zaqreb) klubunun qonağı olacaq.

Moskva "Spartak"ı Rusiyada Portuqaliyanın "Benfika" komandasını, "Ferentsvaroş" isə Macarıstanda Çexiyanın "Slaviya" (Praqa) klubunu qəbul edəcək.

4 avqust

Çempionlar Liqası, ilk oyunlar

21:00. "Spartak" (Moskva, Rusiya) - "Benfika" (Portuqaliya)

22:00. "Dinamo" (Zaqreb, Xorvatiya) - "Legiya" (Polşa)

22:00. "Ferentsvaroş" (Macarıstan) - "Slaviya" (Praqa, Çexiya)

Son xəbərlər

Orphus sistemi