Emreli dubl edib əsgər salamı verdi, "Legiya" qələbə qazandı - YENİLƏNİB - 2

Emreli dubl edib əsgər salamı verdi, "Legiya" qələbə qazandı - YENİLƏNİB - 2 Azərbaycan milli komandasının futbolçusu Mahir Emreli Polşa "Legiya"sının heyətində ilk rəsmi matçını bu gün keçirəcək.
Futbol
7 İyul , 2021 21:52
Emreli dubl edib əsgər salamı verdi, Legiya qələbə qazandı - YENİLƏNİB - 2

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Polşanın "Legiya" klubu UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində ilk oyununu keçirib.

"Report"un məlumatına görə, Varşava təmsilçisi Norveçdə "Budyo Qlimt"in qonağı olub.

Qarşılaşma "Legiya"nın 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Polşa çempionunun 2-ci və 3-cü qollarını Emreli vurub. 24 yaşlı hücumçu 41 və 61-ci dəqiqələrdə fərqlənib.

Forvard ikinci qolu vurduqdan sonra əsgər salamı verib.

Komandalar arasında cavab matçı bir həftə sonra Varşavada olacaq.

21:20

Azərbaycan millisinin futbolçusu Mahir Emreli Polşa "Legiya"sının heyətində Çempionlar Liqasında ikinci qolunu vurub.

"Report"un məlumatına görə, 24 yaşlı hücumçu Norveçdə "Budyo Qlimt"ə qarşı I təsnifat mərhələsinin ilk oyununda dubl edib. O, 61-ci dəqiqədə fərqlənərək, komandasının üstünlüyünü 2 topa çatdırıb - 3:1.

20:43

Azərbaycan milli komandasının futbolçusu Mahir Emreli Polşa "Legiya"sının heyətində ilk qolunu vurub.

"Report"un məlumatına görə, 24 yaşlı hücumçu Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyunundaca fərqlənib. Norveçdə "Budyo Qlimt" klubu ilə ilk qarşılaşmada Emreli start "11-liy"ində yer alıb. O, 41-ci dəqiqədə fərqlənərək, komandasının üstünlüyünü möhkəmlədib - 2:0.

19:41

Azərbaycan milli komandasının futbolçusu Mahir Emreli Polşa "Legiya"sının heyətində ilk rəsmi matçını bu gün keçirəcək.

"Report"un məlumatına görə, 24 yaşlı hücumçunun Varşava təmsilçisinin heyətində debütü Çempionlar Liqasının I təsnifat mərhələsinə təsadüf edəcək. Norveçdə "Budyo Qlimt" klubu ilə ilk qarşılaşmada Emreli start "11-liy"ində yer alacaq.

Qeyd edək ki, görüş Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.

Son xəbərlər

Orphus sistemi