Çempionlar Liqası: Mahir Emreli ilk "3-lük"də yer alıb

Çempionlar Liqası: Mahir Emreli ilk "3-lük"də yer alıb UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunlarından sonra statistik göstəricilər açıqlanıb.
Futbol
5 Avqust , 2021 07:27
Çempionlar Liqası: Mahir Emreli ilk 3-lükdə yer alıb
Mahir Emreli

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunlarından sonra statistik göstəricilər açıqlanıb.

"Report"un məlumatına görə, Polşa "Legiya"sında çıxış edən Azərbaycan millisinin futbolçusu Mahir Emreli 5 oyundan sonra qapıya ən çox dəqiq zərbə endirən üç futbolçudan biridir.

24 yaşlı hücumçu 7 dəfə çərçivəni dəqiq nişan alıb. Forvardın zərbələrinin 2-si qolla nəticələnib. Emreli 3 dəfə hədəfdən yayınıb.

İsveçrənin "Yanq Boyz" komandasından Ebişer Mişel və Bolqarıstan "Lüdoqorets"indən Bernard Tekpetey eyni sayda dəqiq zərbə endirib.

Qeyd edək ki, "Legiya" III təsnifat mərhələsinin ilk oyununda Xorvatiyada Zaqreb "Dinamo"su ilə heç-heçə edib - 1:1. Matça start heyətdə başlayan Emreli 75-ci dəqiqədə yerini komanda yoldaşı Tomaş Pexarta verib.

Son xəbərlər

Orphus sistemi