Çempionlar Liqası: "Liverpul" böyük hesabla, "İnter" inamlı qələbə qazanıb

Çempionlar Liqası: "Liverpul" böyük hesabla, "İnter" inamlı qələbə qazanıb UEFA Çempionlar Liqasında qrup mərhələsinin III turuna yekun vurulub.
Futbol
24 Oktyabr , 2019 00:58
Çempionlar Liqası: Liverpul böyük hesabla, İnter inamlı qələbə qazanıb

UEFA Çempionlar Liqasında qrup mərhələsinin III turuna yekun vurulub.

"Report"un məlumatına görə, son 6 qarşılaşmada qapılara 20 qol vurulub. İngiltərə təmsilçilərindən "Çelsi"dən sonra "Liverpul" da səfərdə qələbəyə nail olub. 

Belçikada "Genk"i 1:4 hesabı ilə yenən Yurgen Kloppun baş məşqçi olduğu kollektiv E qrupunda xallarını 6-ya yüksəldib. 

Bu qrupun digər görüşündə İtaliya "Napoli"si Avstriyada "Zaltsburq"u 3:2 hesabı ilə yenərək, liderliyini qoruyub.

İtaliyanın daha bir təmsilçisi "İnter" isə Almaniyanın "Borussiya" (Dortmund) komandası üzərində inamlı qələbə qazanıb - 2:0. Bununla da iki komandanın xalları bərabərləşib. 

İspaniya "Barselona"sı isə Çexiyada "Slaviya"nı 2:1 hesabı ilə yenərək, F qrupunda liderliyə yüksəlib.

G qrupunda Portuqaliya "Benfika"sı ilk qələbəsini eyni hesabla Fransa "Lion"u üzərində qazanıb. 

Fransanın digər təmsilçisi "Lill" isə H qrupundakı ev oyununda İspaniya "Valensiya"sına məğlubiyyətdən son dəqiqə qolu ilə qurtulmağı bacarıb - 1:1.

Çempionlar Liqası

Qrup mərhələsi, III tur

E qrupu

23:00. "Genk" (Belçika) - "Liverpul" (İngiltərə) - 1:4

Qollar: Stefan Odey, 88 - Aleks Oksleyd-Çemberlen, 2; 57. Sadio Mane, 77. Məhəmməd Salah, 87

23:00. "Zaltsburq" (Avstriya) - "Napoli" (İtaliya) - 2:3

Qollar: Erlinq Braut Haaland, 41 (pen.); 72 - Dris Mertens, 17; 64. Lorentso İnsinye, 73

Xal durumu: "Napoli" - 7, "Liverpul" - 6, "Zaltsburq" - 3, "Genk" - 1.

F qrupu

23:00. "İnter" (İtaliya) - "Borussiya" (Dortmund, Almaniya) - 2:0

Qollar: Lautaro Martines, 22. Antonio Kandreva, 89

İstifadə olunmamış penalti: Lautaro Martines, 82 ("İnter")

23:00. "Slaviya" (Praqa, Çexiya) - "Barselona" (İspaniya) - 1:2

Qollar: Yan Borjil, 50 - Lionel Messi, 3. Peter Olayinka, 57 (öz qapısına)

Xal durumu: "Barselona" - 7, "Borussiya" - 4, "İnter" - 4, "Slaviya" - 1

G qrupu

20:55. "Leyptsiq" (Almaniya) - "Zenit" (Rusiya) - 2:1

Qollar: Konrad Laymer, 49. Marsel Sabitser, 59 - Yaroslav Rakitski, 25

23:00. "Benfika" (Portuqaliya) - "Lion" (Fransa) - 2:1

Qollar: Rafa Silva, 4. Pitsi, 86 - Memfis Depay, 70

Xal durumu: "Leyptsiq" - 6, "Zenit" - 4, "Lion" - 4, "Benfika" - 3

H qrupu

20:55. "Ayaks" (Hollandiya) - "Çelsi" (İngiltərə) - 0:1

Qol: Mişi Batşuayi, 86

23:00. "Lill" (Fransa) - "Valensiya" (İspaniya) - 1:1

Qollar: Jonatan İkone, 90+5 - Denis Çerışev, 63

Xal durumu: "Ayaks" - 6, "Çelsi" - 6, "Valensiya" - 4, "Lill" - 1.

Son xəbərlər

Orphus sistemi