Çempionlar Liqası: "İnter" matça koronavirusa görə itki ilə çıxacaq

Çempionlar Liqası: "İnter" matça koronavirusa görə itki ilə çıxacaq İtaliyanın "İnter" klubunun futbolçusu Eşli Yanqın koronavirus testi yenidən müsbət olub.
Futbol
693
21 Oktyabr , 2020 17:59
Çempionlar Liqası: İnter matça koronavirusa görə itki ilə çıxacaq
Eşli Yanq

İtaliyanın "İnter" klubunun futbolçusu Eşli Yanqın koronavirus testinin nəticəsi açıqlanıb.

"Report" xəbər verir ki, Milan təmsilçisi Çempionlar Liqasının qrup mərhələsinin ilk turunda Almaniya "Borussiya"sına (Mönhenqladbax) qarşı keçirəcəyi oyundan öncə testdən keçib.

35 yaşlı müdafiəçinin test nəticəsi müsbət olub və o, karantində qalıb. Bundan əlavə "İnter"də Alessandro Bastoni və Raca Nainqqolan koronavirusdan sağalıb.

Qeyd edək ki, bu gün keçiriləcək “İnter” – “Borussiya” matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi