Çempionlar Liqası: "İnter"də növbəti dəfə koronavirus aşkarlandı

Çempionlar Liqası: "İnter"də növbəti dəfə koronavirus aşkarlandı İtaliyanın "İnter" klubunun futbolçusu Əşrəf Hakimidə koronavirus aşkarlanıb.
Futbol
749
21 Oktyabr , 2020 19:51
Çempionlar Liqası: İnterdə növbəti dəfə koronavirus aşkarlandı
Əşrəf Hakimi

İtaliyanın "İnter" klubunun futbolçusu Əşrəf Hakimidə koronavirus aşkarlanıb.

"Report" Milan təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 22 yaşlı müdafiəçinin testi Çempionlar Liqasının qrup mərhələsinin ilk turunda Almaniya "Borussiya"sına (Mönhenqladbax) qarşı keçirəcəyi oyundan öncə müsbət nəticələnib.

Mərakeşli oyunçu dərhal təcrid edilib. Daha əvvəl "İnter"də Eşli Yanqın koronavirus testinin yenidən müsbət olduğu açıqlanıb.

Qeyd edək ki, bu gün keçiriləcək “İnter” – “Borussiya” matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi