Çempionlar Liqası: İlk oyunlardan sonra ən yaxşı qol adına namizədlər bəlli olub

Çempionlar Liqası: İlk oyunlardan sonra ən yaxşı qol adına namizədlər bəlli olub Qalib UEFA-nın rəsmi saytında səsvermə yolu ilə müəyyənləşəcək
Futbol
24 Fevral , 2022 09:52
Çempionlar Liqası: İlk oyunlardan sonra ən yaxşı qol adına namizədlər bəlli olub

UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunlarından sonra ən yaxşı qol adına namizədlər bəlli olub.

"Report" xəbər verir ki, bu ada Fransanın PSJ klubundan Kilian Mbappe, İngiltərə "Mançester Siti"sindən Rahim Sterlinq ilə Bernardu Silva, İspaniyanın "Atletiko" (Madrid) komandasından Joau Feliks iddia edir.

Mbappe evdə İspaniya "Real Madrid"inə 1:0 hesabı ilə qalib gəldikləri matçda yeganə qolun müəllifi olub. Sterlinqlə Silva Portuqaliyada "Sportinq"i 5:0 hesabı ilə məğlub etdikləri görüşdə fərqləniblər. Feliks isə İngiltərənin "Mançester Yunayted" klubu ilə 1:1 hesablı heç-heçə etdikləri qarşılaşmada hesabı açıb.

Qeyd edək ki, qalib UEFA-nın rəsmi saytında səsvermə yolu ilə müəyyənləşəcək.

Son xəbərlər

Orphus sistemi