Çempionlar Liqası: Het-trik edən hücumçu ən yaxşı seçildi

Çempionlar Liqası: Het-trik edən hücumçu ən yaxşı seçildi UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu bəlli olub.
Futbol
30 Oktyabr , 2020 15:59
 Çempionlar Liqası: Het-trik edən hücumçu ən yaxşı seçildi

UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu bəlli olub.

"Report"un məlumatına görə, bu ada İngiltərənin "Mançester Yunayted" klubunun hücumçusu Markus Reşford layiq görülüb.

23 yaşlı forvard H qrupunun II turunun Almaniya "Leyptsiq"i ilə oyununda (5:0) het-trik edib.

O, azarkeşlərin səsverməsində İspaniya "Atletiko"sunun yarımmüdafiəçisi Joau Feliş, Fransa PSJ-sinin hücumçusu Moyze Kin və İtaliyanın "Atalanta" komandasının forvardı Duvan Sapatanı qabaqlayıb.

Son xəbərlər

Orphus sistemi