Çempionlar Liqasında həftənin oyunçusu müəyyənləşib

Çempionlar Liqasında həftənin oyunçusu müəyyənləşib Bakı. 8 mart. REPORT.AZ/ Hollandiyanın Ayaks klubunun futbolçusu Duşan Tadiç Çempionlar Liqasında həftənin futbolçusunun müəyyənləşdirilməsi üçün səsvermədə qalib olub.
Futbol
8 mart 2019 12:29
Çempionlar Liqasında həftənin oyunçusu müəyyənləşib

Bakı. 8 mart. REPORT.AZ/ Hollandiyanın "Ayaks" klubunun futbolçusu Duşan Tadiç Çempionlar Liqasında həftənin futbolçusunun müəyyənləşdirilməsi üçün səsvermədə qalib olub.

"Report"un UEFA-nın "Twitter" səhifəsinə istinadən verdiyi məlumata görə, serbiyalı hücumçu İspaniya "Real Madrid"i ilə 1/8 final mərhələsinin cavab görüşündə qol və məhsuldar ötürmə ilə yadda qalıb. Nəticədə Amsterdam komandası 4:1 hesabı ilə qalib gələrək iki oyunun yekununda 1/4 finala yüksəlib.

Tadiç səsvermədə İngiltərə "Tottenhem"inin qapıçısı Uqo Lyorisi, "Mançester Yunayted"in hücumçusu Romelu Lukakunu və Portuqaliya "Portu"sunun forvardı Mussa Mareqanı keçib.

Qeyd edək ki, bu həftə Çempionlar Liqasının 1/8 final mərhələsinin digər cavab görüşlərində "Tottenhem" Almaniyada "Borussiya" (Dortmund) üzərində 1:0 hesablı qələbə qazanıb, "Mançester Yunayted" Fransada PSJ-ni, "Portu" isə evdə İtaliya "Roma"sını 3:1 hesabı ilə yenib. 

Son xəbərlər

Orphus sistemi