Çempionlar Liqası: Həftənin oyunçusu adına namizədlər bəlli oldu

Çempionlar Liqası: Həftənin oyunçusu adına namizədlər bəlli oldu Qalib UEFA-nın saytında azarkeşlər arasındakı səsvermə nəticəsində bəlli olacaq
Futbol
11 Mart , 2021 09:01
Çempionlar Liqası: Həftənin oyunçusu adına namizədlər bəlli oldu

Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk 4 cavab matçından sonra həftənin oyunçusu adına namizədlər bəlli olub.

"Report"un məlumatına görə, bu ada Almaniyanın "Borussiya" (Dortmund) klubundan Erlinq Holann, Portuqaliya "Portu"sundan Serjiu Oliveyra, İngiltərə "Liverpul"undan Fabinyo və Fransa PSJ-nin qapıçısı Keylor Navas iddia edir.

Holann İspaniya "Sevilya"sı ilə 2:2 hesablı heç-heçə etdikləri görüşdə, Oliveyra isə İtaliyada "Yuventus"a əlavə vaxtda 2:3 məğlub olduqları qarşılaşmada dubl edib.

Fabinyonun Almaniya "Leyptsiq"inə 2:0 hesabı ilə qalib gəldikləri görüşdə ötürmələrinin 79 faizi dəqiq olub. Navas isə İspaniya "Barselona"sı ilə 1:1 hesablı bərabərə qardıqları matçda 9 qurtarışla yadda qalıb.

Qeyd edək ki, qalib UEFA-nın rəsmi saytında azarkeşlər arasındakı səsvermə nəticəsində bəlli olacaq. Cavab oyunlarından sonra "Portu", "Borussiya", "Liverpul" və PSJ 1/4 finala yüksəlib.

Son xəbərlər

Orphus sistemi