​Çempionlar Liqası. "Barselona" "Bavariya"nı darmadağın edib - VİDEO

​Çempionlar Liqası. "Barselona" "Bavariya"nı darmadağın edib - VİDEO Görüş 3:0 hesabı ilə başa çatıb
Futbol
7 May , 2015 02:18
​Çempionlar Liqası. Barselona Bavariyanı darmadağın edib - VİDEO

Bakı. 7 may. REPORT.AZ/ İspaniyanın "Barselona" futbol klubu Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyunu çərçivəsində evdə "Bavariya"nı darmadağın edib.

"Report" xəbər verir ki, görüş 3:0 hesabı ilə başa çatıb.

Oyunda bütün qollar ikinci hissənin sonlarında vurulub. 77 və 80-ci dəqiqələrdə argentinalı Lionel Messi fərqlənib. Oyunda son nöqtəni 90-cı dəqiqədə daha bir cənubi amerikalı futbolçu Neymar qoyub. Messi, həmçinin ÇL-da vurulan qolların sayına görə yeni rekord müəyyən edib - 77 qol.

Cavab matçı mayın 12-də Münhendə keçiriləcək.

Çempionlar Liqası. ½ final. Birinci oyun

"Barselona" (İspaniya) — "Bavariya" (Almaniya) — 3:0(0:0)

Qollar: Messi, 78, 80. Neymar, 90

Son xəbərlər

Orphus sistemi