Çempionlar Liqası: Emreli qapıya ən çox dəqiq zərbə endirən 2-ci futbolçudur

Çempionlar Liqası: Emreli qapıya ən çox dəqiq zərbə endirən 2-ci futbolçudur Azərbaycan millisinin və Polşa "Legiya"sının futbolçusu Mahir Emreli UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin oyunlarından sonra qapıya ən çox dəqiq zərbə endirən ikinci futbolçudur.
Futbol
15 İyul , 2021 14:05
Çempionlar Liqası: Emreli qapıya ən çox dəqiq zərbə endirən 2-ci futbolçudur
Mahir Emreli

Azərbaycan millisinin və Polşa "Legiya"sının futbolçusu Mahir Emreli UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin oyunlarından sonra qapıya ən çox dəqiq zərbə endirən futbolçular sırasına düşüb.

"Report" qitə futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, 24 yaşlı forvard Norveçin "Budyo Qlimt" klubuna qarşı matçlarda (3:2, 2:0) 5 dəfə çərçivəni dəqiq nişan alıb. Bu zərbələrin 2-si qolla nəticələnib. Nəticədə Emreli ikinci yerdə qərarlaşıb. İlk sırada isə Monteneqronun "Buduçnost" komandasının yarımmüdafiəçisi Miloş Raiçkoviç yer alıb. Onun hesabında 6 dəqiq zərbə var.

Bundan başqa, Emreli vurduğu 2 qolla bombardirlər yarışında ikinci pillədə qərarlaşıb. Azərbaycanlı hücumçu bu göstəricidə yalnız 4 futbolçudan geri qalır. Onunla yanaşı, Azərbaycan millisinin və "Neftçi"nin yarımmüdafiəçiləri Emin Mahmudov və Namik Ələskərov da hərəyə 2 dəfə fərqləniblər. Onlar Gürcüstanın "Dinamo" (Tbilisi) klubuna qarşı I təsnifat mərhələsinin səfər və ev oyunlarında (2:1, 2:1) rəqib qapısına yol tapıblar.

Qeyd edək ki, "Neftçi" II raundda Yunanıstan "Olimpiakos"u, "Legiya" isə Estoniya "Flora"sı ilə üz-üzə gələcək.

Son xəbərlər

Orphus sistemi