Çempionlar Liqası: “Dinamo” səfərdə, "Olimpiakos" öz meydanında qalib oldu

Çempionlar Liqası: “Dinamo” səfərdə, "Olimpiakos" öz meydanında qalib oldu Çempionlar Liqasının pley-off mərhələsində Belçikanın “Qent” klubu Ukraynanın “Dinamo” komandası ilə qarşılaşıb.
Futbol
925
24 Sentyabr , 2020 00:54
Çempionlar Liqası: “Dinamo” səfərdə, Olimpiakos öz meydanında qalib oldu

UEFA Çempionlar Liqasında pley-off mərhələsinin ilk matçlarından daha 3-ü keçirilib. 

"Report" xəbər verir ki, III təsnifat mərhələsində Azərbaycan çempionu "Qarabağ"ı penaltilər seriyası ilə mübarizədən kənarlaşdırmış Norveç "Molde"si Macarıstanın "Ferentsvaroş" komandasını qəbul edib. Görüş məhsuldar heç-heçə ilə yekunlaşıb. 

Gözlənilmədən pley-offa vəsiqə qazanan Kiprin "Omoniya" klubu Yunanıstanda "Olimpiakos"un qonağı olub. Bu oyundan meydan sahibləri qalib ayrılıb. Belçika təmsilçisi "Gent" isə Ukraynanın "Dinamo" (Kiyev) komandasını qəbul edib. Görüş qonaqların qələbəsi ilə bitib - 2:1. Üstəlik, meydan sahibləri matçı azlıqda başa vurublar.

23 sentyabr

UEFA Çempionlar Liqası, pley-off mərhələsi

İlk oyunlar

23:00. “Olimpiakos” (Yunanıstan) - “Omoniya” (Kipr) - 1:0

Qol: Matyö Valbuena, 69 (pen.) 

23:00. “Molde” (Norveç) - “Ferensvaroş” (Macarıstan) - 3:3

Qollar: Leke Ceyms, 55. Maqnus Volff Eykrem, 65. Martin Ellinqsen, 83 - Frank Boli, 7. Mürto Uzuni, 52

23:00. “Gent” (Belçika) - “Dinamo” (Kiyev, Ukrayna) - 1:2

Qollar: Tim Klyayndinst, 41 - Vladislav Supryaqa, 9. Karlos De Pena, 79

Qırmızı vərəqə: Roman Bezus, 53 ("Gent")

Bu qarşılaşmaların cavab görüşləri sentyabrın 29-da gerçəkləşəcək. 

Qeyd edək ki, ilk oyun günündə "Krasnodar" Rusiyada Yunanıstan PAOK-unu, Avstriya "Zaltsburq"u İsrailin paytaxtı Təl-Əvivdə "Makkabi"ni 2:1 hesabı ilə yenib. "Slaviya" isə Çexiyanın paytaxtı Praqada Danimarka "Midtüllann"ı ilə qolsuz heç-heçə edib.

Son xəbərlər

Orphus sistemi