Çempionlar Liqası: Daha iki 1/4 finalçı bəlli olub

Çempionlar Liqası: Daha iki 1/4 finalçı bəlli olub UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin daha iki cavab oyunu keçirilib.
Futbol
16 Mart , 2022 01:59
Çempionlar Liqası: Daha iki 1/4 finalçı bəlli olub

UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin daha iki cavab oyunu keçirilib.

"Report"un məlumatına görə, bununla da 1/4 finala növbəti vəsiqələrin sahibi bəlli olub.

İspaniyanın "Atletiko" (Madrid) klubu İngiltərədə "Mançester Yunayted"in qonağı olub. Qarşılaşma Madrid təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 41-ci dəqiqədə Renan Lodi vurub. İlk oyunda 1:1 hesablı heç-heçə qeydə alındığından səfər qələbəsi Dieqo Simeonenin başçılıq etdiyi kollektivi növbəti mərhələyə çıxarıb.

Gecənin digər oyununda "Ayaks" Niderlandda Portuqaliya "Benfika"sını qəbul edib. Bu görüşdə də qonaqlar rəqibini minimal hesabla məğlub ediblər. Lissabon təmsilçisinin heyətində 77-ci dəqiqədə Darvin Nunyes fərqlənib. İlk matç 2:2 hesabı ilə yekunlaşdığından, bu nəticə "Benfika"nı 1/4 finala daşıyıb.

UEFA Çempionlar Liqası, 1/8 final

Cavab oyunları

15 mart

00:00. "Mançester Yunayted" (İngiltərə) - "Atletiko" (Madrid, İspaniya) - 0:1

Qol: Renan Lodi, 41

Baş hakim: Slavko Vinçiç

İlk oyun - 1:1

00:00. "Ayaks" (Niderland) - "Benfika" (Portuqaliya) - 0:1

Qol: Darvin Nunyes, 77

Baş hakim: Karlos del Serro

İlk oyun - 2:2

Qeyd edək ki, daha əvvəl İngiltərənin "Liverpul" və "Mançester Siti", İspaniyanın "Real Madrid" və Almaniyanın "Bavariya" klubları 1/4 finala vəsiqə əldə edib.

Son xəbərlər

Orphus sistemi