Çempionlar Liqası: Daha 3 komanda üçün 1/8 final şansı

Çempionlar Liqası: Daha 3 komanda üçün 1/8 final şansı UEFA Çempionlar Liqasının qrup mərhələsində V tura yekun vurulacaq.
Futbol
2 Dekabr , 2020 07:30
Çempionlar Liqası: Daha 3 komanda üçün 1/8 final şansı

UEFA Çempionlar Liqasının qrup mərhələsində V tura yekun vurulacaq.

"Report"un məlumatına görə, bu gün keçiriləcək 8 oyundan sonra daha 3 komandanın pley-offa çıxması rəsmiləşə bilər.

F qrupunda Almaniyada İtaliya "Latsio"su ilə qarşılaşacaq Dortmund "Borussiya"sı qələbə qazanacağı təqdirdə mərhələ adlayacaq. Eyni sözləri Roma təmsilçisi barədə də söyləmək olar. Hətta "Brügge" (Belçika) - "Zenit" (Rusiya) matçının nəticəsindən asılı olaraq, ilk iki sırada qərarlaşmış komandaların hər ikisi 1/8 finala yüksəlmək şansına malikdir.

H qrupunda isə İngiltərənin "Mançester Yunayted" klubu evdə Fransa PSJ-sini məğlub etsə, sona 1 tur qalmış adını pley-offa yazdıracaq. Qrupun digər oyununda isə "Başakşehir" Türkiyədə Almaniyanın "Leyptsiq" komandası ilə görüşəcək.

UEFA Çempionlar Liqası

Qrup mərhələsi, V tur

E qrupu

21:55. "Krasnodar" (Rusiya) - "Renn" (Fransa)

00:00. "Sevilya" (İspaniya) - "Çelsi" (İngiltərə)

Xal durumu: "Çelsi" - 10, "Sevilya" - 10, "Krasnodar" - 1, "Renn" - 1.

F qrupu

00:00. "Borussiya" (Dortmund, Almaniya) - "Latsio" (İtaliya)

00:00. "Brügge" (Belçika) - "Zenit" (Rusiya)

Xal durumu: "Borussiya" (Dortmund) - 9, "Latsio" - 8, "Brügge" - 4, "Zenit" - 1.

G qrupu

00:00. "Yuventus" (İtaliya) - "Dinamo" (Kiyev, Ukrayna)

00:00. "Fenertsvaroş" (Macarıstan) - "Barselona" (İspaniya)

Xal durumu: "Barselona" - 12, "Yuventus" - 9, "Dinamo" (Kiyev) - 1, "Ferentsvaroş" - 1.

H qrupu

21:55. "Başakşehir" (Türkiyə) - "Leyptsiq" (Almaniya)

00:00. "Mançester Yunayted" (İngiltərə) - PSJ (Fransa)

Xal durumu: "Mançester Yunayted" - 9, PSJ - 6, "Leyptsiq" - 6, "Başakşehir" - 3.

Qeyd edək ki, ilk oyun günündən sonra İngiltərə "Liverpul"u və Portuqaliya "Portu"su qrupdan çıxmağı təmin edib. Daha əvvəl isə İspaniyanın "Sevilya", "Barselona", İngiltərənin "Çelsi", "Mançester Siti", İtaliyanın "Yuventus" və Almaniyanın "Bavariya" klubları 1/8 finala vəsiqə qazanıblar.

Son xəbərlər

Orphus sistemi