Çempionlar Liqası: Daha 2 klub 1/8 finala vəsiqə qazanıb

Çempionlar Liqası: Daha 2 klub 1/8 finala vəsiqə qazanıb Bu dəfə İngiltərə təmsilçiləri mərhələ adlayıblar
Futbol
2 Noyabr , 2017 01:58
Çempionlar Liqası: Daha 2 klub 1/8 finala vəsiqə qazanıb

Bakı. 2 noyabr. REPORT.AZ/ Futbol üzrə Çempionlar Liqasının qrup mərhələsində IV tura daha 8 oyunla yekun vurulub.

"Report" xəbər verir ki, ikinci oyun günündə E, F, G və H qruplarında yer alan kollektivlər münasibətlərini ayırd ediblər. Bu oyunlardan sonra İngiltərənin "Tottenhem" və "Mançester Siti" komandaları vaxtından əvvəl 1/8 finala vəsiqəni təmin edib. London komandası bu nailiyyətə Çempionlar Liqasının son qalibi "Real Madrid" üzərində inamlı qələbə sayəsində nail olublar. "Şəhərlilər" isə İtaliyada "Napoli"ni yendikdən sonra hədəflərinə çatıblar.

Türkiyənin yeganə təmsilçisi "Beşiktaş” evdə Fransa "Monako”su ilə heç-heçə edib. G qrupunun digər matçında Almaniya "Leyptsiq”i Portuqaliyada "Portu”ya uduzduğundan, İstanbul təmsilçisi 1/8 finala vəsiqəni təmin edə bilməyib.

Qeyd edək ki, ilk oyun günündə Almaniyanın "Bavariya" və Fransanın PSJ klubları 1/8 finala vəsiqəni təmin edib.

Çempionlar Liqası

IV tur

1 noyabr

E qrupu

23:45. "Sevilya" (İspaniya) - "Spartak" (Rusiya) - 2:1

Qollar: Kleman Langle, 30. Ever Baneqa, 59 - Ze Luiş, 78

23:45. "Liverpul" (İngiltərə) - "Maribor" (Sloveniya) - 3:0

Qollar: Momammed Salah, 49. Emre Can, 64. Daniel Starric, 90

Xal durumu: "Liverpul" - 8, "Sevilya" - 7, "Spartak" - 5, "Maribor" - 1.

F qrupu

23:45. "Napoli" (İtaliya) - "Mançester Siti" (İngiltərə) - 2:4

Qollar: Lorentso İnsinye, 21. Jorjinyo, 62-penalti ilə - Nikolas Otamendi, 34. Con Stouns, 48. Serxio Aqüero, 69. Rahim Sterlinq, 90+2

23:45. "Şaxtyor" (Ukrayna) - "Feyenoord" (Hollandiya) - 3:1

Qollar: Fakundo Ferreyra, 14. Marlos, 17; 68 - Nikolay Yörgensen, 12

Xal durumu: "Mançester Siti" - 12, "Şaxtyor" - 9, "Napoli" - 3, "Feyenoord" - 0.

G qrupu

21:00. "Beşiktaş" (Türkiyə) - "Monako" (Fransa) - 1:1

Qollar:Cenk Tosun, 54-penalti ilə - Roni Lopes, 45

23:45. "Portu" (Portuqaliya) - "Leyptsiq" (Almaniya) - 3:1

Qollar: Ektor Errera, 14. Danilo Pereyra, 62. Maksi Perreyra, 90+3 - Tino Verner 48

Xal durumu: "Beşiktaş" - 10, "Portu" - 6, "Leyptsiq" - 4, "Monako" - 2.

H qrupu

23:45. "Tottenhem" (İngiltərə) - "Real Madrid" (İspaniya) - 3:1

Qollar: Dele Alli, 27; 56. Kristian Eriksen 65 - Kriştianu Ronaldu, 80

23:45. "Borussiya" (Dortmund, Almaniya) - APOEL (Kipr) - 1:1

Qollar: Rafael Gerreyro, 29 - Mikael Pote, 51

Xal durumu: "Tottenhem" - 10, "Real" - 7, "Borussiya" - 2, APOEL - 2.

Son xəbərlər

Orphus sistemi