Çempionlar Liqası: Daha 11 klub növbəti mərhələyə vəsiqə qazandı

Çempionlar Liqası: Daha 11 klub növbəti mərhələyə vəsiqə qazandı UEFA Çempionlar LiqasındaII təsnifat mərhələsinə yekun vurulub.
Futbol
772
27 Avqust , 2020 00:55
Çempionlar Liqası: Daha 11 klub növbəti mərhələyə vəsiqə qazandı

UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinə yekun vurulub.

"Report"un məlumatına görə, bununla da növbəti raunda vəsiqə qazanan daha 11 komandanın adına aydınlıq gəlib.

Bakıda "Şerif"ə 2:1 hesabı ilə qalib gələn "Qarabağ"la yanaşı AZ (Niderland), "Rapid" (Vyana, Avstriya), “Dinamo” (Brest, Belarus), Makkabi” (Təl-Əviv, İsrail), “Molde” (Norveç), “Omoniya” (Kipr), “Yanq Boyz” (İsveçrə), "Midtüllənd" (Danimarka), “Ferentsvaroş” (Macarıstan) və "Dinamo" (Zaqreb, Xorvatiya) III təsnifat mərhələsində iştirak hüququ qazanıb.

26 avqust 

Çempionlar Liqası, II təsnifat mərhələsi 

Qeyri-çempionlar

18:30. AZ (Alkmaar, Niderland) - “Viktoriya” (Plzen, Çexiya) - 3:1 (Əlavə vaxtda)

Qollar: Tyon Kopmeyners, 90+5 (pen.). Albert Qudmundsson, 98; 118 - David Limberski, 78 


21:00. “Lokomotiva” (Zaqreb, Xorvatiya) - “Rapid” (Vyana, Avstriya) - 0:1

Qol: Ercan Kara, 32

Çempionlar 

20:00. “Qarabağ” (Azərbaycan) - “Şerif” (Moldova) - 2:1

Qollar: Uroş Matiç, 22 (pen.). Mahir Emreli, 63 - Frank Kastanyeda, 78 - Anatol Abanq, 37


20:00. “Suduva” (Litva) - “Makkabi” (Təl-Əviv, İsrail) - 0:3

Qollar: Avi Rikan, 30. Nik Blekmen, 73. Ofir Davidzada, 90+2


20:00. "Tselye" (Sloveniya) - “Molde” (Norveç) - 1:2

Qollar: Mitya Lotriç, 38 - Etzaz Hussain, 57. Leke Ceyms, 74


21:30.“Lüdoqorets” (Bolqarıstan) - “Midtüllann” (Danimarka) - 0:1

Qol: Xose Fransisko Dos Santos Junior, 78


22:00. “Dinamo” (Brest, Belarus) - “Sarayevo” (Bosniya və Herseqovina) - 2:1

Qollar: Mixail Qordeyçuk, 3. Abdulaye Diallo, 49 - Andrey Cokanoviç, 34 

22:00. ÇFR (Rumıniya) - “Dinamo” (Zaqreb, Xorvatiya) - 2:2 (Penaltilər seriyasında 5:6)

Qollar: Mixael Pereyra, 64. Qabriel Debelyux, 90+3 - Amer Qoyak, 14. Petar Stoyanoviç, 78

Qırmızı vərəqə: Kevin Teofil-Katrin, 51 ("Dinamo") 


22:00. “Legiya” (Varşava, Polşa) - “Omoniya” (Kipr) - 0:2 (Əlavə vaxtda)

Qollar: Jordi Qomes, 92 (pen.). Tiaqo, 107

Qırmızı vərəqə: İqor Levçuk, 56 ("Legiya")


22:15. “Yanq Boyz” (İsveçrə) - “Klaksvik” (Farer adaları) - 3:1

Qollar: Jan-Pyer Nsame, 51. Miralem Suleymani, 57. Nikolas Mumi Nqamaleu, 82 - Con Yohannesen, 79


22:45. “Seltik” (Şotlandiya) - “Ferentsvaroş” (Macarıstan) - 1:2

Qollar: Rayan Kristi, 53 - David Siger, 7. Tokmak Nquen, 75

Qeyd edək ki, ilk oyun günündə PAOK Yunanıstanda Türkiyə "Beşiktaş"ını 3:1, Serbiya "Srvena Zvezda"sı isə Albaniyada "Tirana"nı 1:0 hesabı ilə yenərək, ÇL-də III təsnifat mərhələsinə adlayıb.

III raundun püşkü avqustun 31-də atılacaq.

Orphus sistemi