Çempionlar Liqası: "Çelsi"nin 7 futbolçusu rəmzi komandaya düşdü

Çempionlar Liqası: "Çelsi"nin 7 futbolçusu rəmzi komandaya düşdü Siyahıda "zadəganlar"dan 7, "şəhərlilər"dən isə 4 oyunçu yer alıb
Futbol
6 May , 2021 15:55
Çempionlar Liqası: Çelsinin 7 futbolçusu rəmzi komandaya düşdü

UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin cavab oyunlarından sonra həftənin rəmzi komandası açıqlanıb.

"Report" Avropa futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, "11-liy"ə yalnız fınala yüksələn İngiltərənin "Mançester Siti" və "Çelsi" klublarının futbolçuları düşüb.

Siyahıda "zadəganlar"dan 7, "şəhərlilər"dən isə 4 oyunçu yer alıb.

Qapıçı: Eduar Mendi ("Çelsi")

Müdafiəçilər: Kayl Uoker, Ruben Diaş (hər ikisi "Mançester Siti"), Sesar Asplikueta, Tiaqu Silva, Bencamin Çilvell (hər üçü "Çelsi")

Yarımmüdafiəçilər: Riyad Mahrez, Fil Foden (hər ikisi "Mançester Siti"), Kay Haverts, Meyson Maunt (hər ikisi "Çelsi")

Hücumçu: Timo Verner ("Çelsi")

Qeyd edək ki, cavab matçlarında "Mançester Siti" evdə Fransa PSJ-sini, "Çelsi" isə İspaniya "Real Madrid"ini 2:0 hesabı ilə məğlub edib.

Son xəbərlər

Orphus sistemi