Çempionlar Liqası: "Çelsi" Madriddən sərfəli nəticə ilə qayıdır

Çempionlar Liqası: "Çelsi" Madriddən sərfəli nəticə ilə qayıdır UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinə start verilib
Futbol
28 Aprel , 2021 00:50
Çempionlar Liqası: Çelsi Madriddən sərfəli nəticə ilə qayıdır

UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinə start verilib.

"Report"un məlumatına görə, bu raundun ilk oyunu İspaniyada "Real Madrid"lə İngiltərənin "Çelsi" komandası arasında baş tutub. "Alfredo Di Stefano" stadionundakı qarşılaşma 1:1 hesabı ilə başa çatıb.

Görüşdə ilk qolu 14-cü dəqiqədə qonaqların heyətində Kristian Pulişiç vurub. 29-cu dəqiqədə isə Kərim Benzema hesabı bərabərləşdirib. Beləliklə, London klubu çətin Madrid səfərində sərfəli nəticə əldə edib.

Yarımfinal mərhələsinin digər matçında Fransanın PSJ və İngiltərənin "Mançester Siti" klubları üz-üzə gələcəklər. Həmin görüş aprelin 28-də olacaq.

Çempionlar Liqası, yarımfinal

İlk oyun

23:00. "Real Madrid" (İspaniya) - "Çelsi" (İngiltərə) - 1:1

Qollar: Kərim Benzema, 29 - Kristian Pulişiç, 14

Qeyd edək ki, cavab qarşılaşmaları 4-5 mayda oynanılacaq.

Son xəbərlər

Orphus sistemi