Çempionlar Liqası: "Barselona" ilk dəfə ardıcıl 3 ev oyununda uduzub

Çempionlar Liqası: "Barselona" ilk dəfə ardıcıl 3 ev oyununda uduzub İspaniyanın "Barselona" klubu tarixdə ilk dəfə Çempionlar Liqasındakı ardıcıl 3 ev oyununda məğlub olub
Futbol
15 Sentyabr , 2021 09:13
Çempionlar Liqası: Barselona ilk dəfə ardıcıl 3 ev oyununda uduzub

İspaniyanın "Barselona" klubu tarixində ilk dəfə Çempionlar Liqasındakı ardıcıl 3 ev oyununda məğlub olub.

"Report"un məlumatına görə, Kataloniya təmsilçisi son olaraq evdə E qrupunun qarşılaşmasında Almaniya "Bavariya"sına 0:3 hesabı ilə uduzub.

Komanda 2021-ci ilin yanvarında Fransa PSJ-si ilə görüşdən, 2020-ci dekabrında isə İtaliya "Yuventus"u ilə qarşılaşmadan məyus ayrılıb.

"Barselona" bu matçlarda müvafiq olaraq 1:4 və 0:3 hesabları ilə üzləşib.

Son xəbərlər

Orphus sistemi