Çempionlar Liqası: "Barselona" 20 ildən sonra pley-offa vəsiqə qazana bilməyib

Çempionlar Liqası: "Barselona" 20 ildən sonra pley-offa vəsiqə qazana bilməyib İspaniyanın "Barselona" klubu 20 ildə ilk dəfə UEFA Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazana bilməyib.
Futbol
9 Dekabr , 2021 09:02
Çempionlar Liqası: Barselona 20 ildən sonra pley-offa vəsiqə qazana bilməyib

İspaniyanın "Barselona" klubu 20 ildə ilk dəfə UEFA Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazana bilməyib.

"Report"un məlumatına görə, Kataloniya təmsilçisi qrup mərhələsinin VI turunda Almaniyada "Bavariya"ya 0:3 hesabı ilə uduzub.

Komanda son olaraq 2000/2001 mövsümündə eyni aqibəti yaşayıb. "Barselona" həmin vaxt İtaliyanın "Milan", İngiltərənin "Lids" və Türkiyənin "Beşiktaş" klubunun yer aldığı qrupda üçüncü yeri tutub və UEFA Kubokunda (hazırkı Avropa Liqası) iştirak etməli olub.

Qeyd edək ki, E qrupunda 7 xalla üçüncü olan "Barselona" UEFA Avropa Liqasında mübarizəni davam etdirəcək.

Son xəbərlər

Orphus sistemi