Bu gün “Araz-Naxçıvan” komandası futzal üzrə UEFA Çempionlar Liqasının ilkin mərhələsində mübarizəyə start verəcək.
"Report"un məlumatına görə, son ölkə çempionu F qrupundakı ilk oyununda Cəbəllütariqin "Europa" kollektivi ilə üz-üzə gələcək.
Latviyanın Salaspils şəhərində keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 15:00-da başlayacaq. Görüşü italiyalı Dario Pezzuto idarə edəcək.
Qeyd edək ki, ilkin mərhələnin oyunlarına 8 ölkə ev sahibliyi edir. Avqustun 20-dən 25-dək keçiriləcək matçlar Almaniya, İsveçrə, Şimali Makedoniya, Yunanıstan, Estoniya, Latviya, Albaniya və Monteneqroda təşkil ediləcək. Reqlamentə uyğun olaraq, 9 komanda - 8 qrup qalibi və ikinci pillədə yer alan iştirakçılardan ən yaxşı göstəriciyə malik bir klub əsas mərhələyə vəsiqə qazanacaq.