Çempionlar Liqası: "Atletiko" uduzdu, "Leyptsiq" yarımfinalda

Çempionlar Liqası: "Atletiko" uduzdu, "Leyptsiq" yarımfinalda Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin növbəti oyunu keçirilib.
Futbol
906
14 Avqust , 2020 00:59
Çempionlar Liqası: Atletiko uduzdu, Leyptsiq yarımfinalda

Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin növbəti oyunu keçirilib.

"Report"un məlumatına görə, Almaniya “Leyptsiq”i İspaniyanın “Atletiko” klubu ilə münasibətlərinə aydınlıq gətirib. Görüş Bundesliqa təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Portuqaliyanın Lissabon şəhərindəki “Joze Alvalade” stadionunda baş tutan matçın ilk hissəsində qapılara qol vurulmayıb.

Görüşdə hesabı 50-ci dəqiqədə "Leyptsiq" açıb. Dani Olmo fərqlənib. 71-ci dəqiqədə "Atletiko"nun hücumçusu Joao Feliks penaltidən fərqlənməklə tarazlığı bərpa edib. Oyunun əsas vaxtının başa çatmasına 2 dəqiqə qalmış isə Tayler Adams "Leyptsiq"i yenidən önə çıxarıb. Yekunda 2:1 hesablı qələbə qazanan Almaniya klubu tarixində ilk dəfə adını yarımfinala yazdırıb.

Qeyd edək ki, "Leyptsiq" yarımfinalda Fransa çempionu PSJ ilə qarşılaşacaq.

1/4 finalın növbəti oyunu bu gün İspaniya “Barselona”sı və Almaniya “Bavariya”sı arasında olacaq.

Orphus sistemi