Çempionlar Liqası: 9 oyunda 27 qol vuruldu

Çempionlar Liqası: 9 oyunda 27 qol vuruldu UEFA Çempionlar Liqasında I təsnifat mərhələsinin daha 9 oyunu keçirilib.
Futbol
922
8 İyul , 2021 00:02
Çempionlar Liqası: 9 oyunda 27 qol vuruldu

UEFA Çempionlar Liqasında I təsnifat mərhələsinin daha 9 oyunu keçirilib.

"Report"un məlumatına görə, bununla da bu raundda ilk matçlara yekun vurulub.

Azərbaycan təmsilçisi "Neftçi" Gürcüstanda "Dinamo" (Tbilisi) klubunu 2:1 hesabı ilə məğlub edib. Azərbaycan yığmasının hücumçusu Mahir Emrelinin çıxış etdiyi Polşa "Legiya"sı isə Norveçdə "Bude Qlimt"ə qalib gəlib - 3:2. Emreli həmin qarşılaşmada iki qola imza atıb.

Bu gün həmçinin Slovakiyanın "Slovan" (Bratislava), Xorvatiyanın "Dinamo" (Zaqreb), Bolqarıstanın "Lüdoqorets", Moldavanın "Şerif" və İsveçin “Malmö” klubu da qələbə qazanıb. Yalnız "Makkabi" (Hayfa, İsrail) - “Kayrat” (Qazaxıstan) və "Konnas-Ki Nomads" (Uels) - "Alaşkert" (Ermənistan) görüşlərində qalib müəyyənləşməyib.

9 oyunda ümumilikdə 27 qol qeydə alınıb.

UEFA Çempionlar Liqası

I təsnifat mərhələsi, ilk oyunlar

20:00. "Dinamo" (Tbilisi, Gürcüstan) - "Neftçi" (Azərbaycan) - 1:2

20:00. “Bude Qlimt” (Norveç) - "Legiya" (Polşa) - 2:3

20:30. "Slovan" (Bratislava, Slovakiya) - "Şemrok Rovers" (İrlandiya) - 2:0

21:00. "Dinamo" (Zaqreb, Xorvatiya) - "Valür" (İslandiya) - 3:2

21:00. "Lüdoqorets" (Bolqarıstan) - "Şaxtyor" (Soliqorsk, Belarus) - 1:0

21:00. "Makkabi" (Hayfa, İsrail) - “Kayrat” (Qazaxıstan) - 1:1

21:00. "Teuta" (Albaniya) - "Şerif" (Moldova) - 0:4

21:00. “Malmö” (İsveç) - "Riqa" (Latviya) - 1:0

22:00. "Konnas-Ki Nomads" (Uels) - "Alaşkert" (Ermənistan) - 2:2

Qeyd edək ki, bu mərhələnin cavab oyunları 13 - 14 iyulda olacaq.

Son xəbərlər

Orphus sistemi