Çempionlar Liqası: 10 komanda pley-offda, "Legiya" mübarizəni dayandırıb

Çempionlar Liqası: 10 komanda pley-offda, "Legiya" mübarizəni dayandırıb UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinə yekun vurulub.
Futbol
11 Avqust , 2021 00:56
Çempionlar Liqası: 10 komanda pley-offda, Legiya mübarizəni dayandırıb

UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinə yekun vurulub.

"Report"un məlumatına görə, cavab oyunlarının hamısı eyni gündə gerçəkləşib və 10 komanda növbəti mərhələyə vəsiqə qazanıb.

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi "Legiya" Polşada Xorvatiyanın "Dinamo" (Zaqreb) komandasını qəbul edib. Rəqibinə 0:1 hesabı ilə uduzan Varşava təmsilçisi turnirdə mübarizəni dayandırıb. Emreli meydana start heyətində çxsa da, 56-cı dəqiqədə Tomaş Pekqartla əvəzlənib.

II təsnifat mərhələsində "Neftçi"ni mübarizədən kənarlaşdıran Yunanıstan "Olimpiakos"u Bolqarıstanda "Lüdoqorets"in qonağı olub. Matçın əsas vaxtı 2:2 hesabı ilə başa çatıb. İlk matçda da heç-heçə qeydə alındığından komandalar əlavə 30 dəqiqə oynayıblar. Əlavə vaxtda hesab dəyişmədiyi üçün penaltilər seriyasına keçilib. 11 metrlik cərimə zərbələri zamanı daha dəqiq oynayan meydan sahibləri pley-offa yüksəliblər.

II raundda Türkiyə "Qalatasaray"ından güclü olan Niderlandın PSV klubu isə Danimarkada "Midtüllan"i sınağa çəkib. İlk görüşdə 3:0 hesablı qələbə qazanan qonaqlar ikinci qarşılaşmada da rəqibinə şans verməyib - 1:0.

Çempionlar Liqası, III təsnifat mərhələsi

Cavab oyunları

21:00. "Şerif" (Moldova) - "Srvena Zvezda" (Serbiya) - 1:0

Qol: Danilo Arboleda, 45+2

İlk oyun - 1:1

21:00. "Slaviya" (Praqa, Çexiya) - "Ferentsvaroş" (Macarıstan) - 1:0

Qol: Lukaş Masopust, 36

İlk oyun - 0:2

21:30. "Şaxtyor" (Donetsk, Ukrayna) - "Genk" (Belçika) - 2:1

Qol: Lassina Traore, 27, Markos Antonio, 76 - Siril Dessers, 90

İlk oyun - 2:1

22:00. "Midtüllan" (Danimarka) - PSV (Niderland) - 0:1

Qol: Bruma, 90+3

İlk oyun - 0:3

22:00. "Lüdoqorets" (Bolqarıstan) - "Olimpiakos" (Yunanıstan) - 2:2 (PENALTİLƏRDƏ - 4:1)

Qollar: Ruben Semedu, 49 (avtoqol), Pyeros Sotiriu, 57 (penalti) - Yan M Vila, 31, Yussef əl-Ərəbi, 68 (penalti)

İlk oyun - 1:1

22:00. "Monako" (Fransa) - "Sparta" (Praqa, Çexiya) - 3:1

Qollar: Jelson Martinş, 50, Aleksandr Qolovin, 56,Sofian Diop, 81 - David Moberq Karlsson, 78

İlk oyun - 2:0

22:30. "Yanq Boyz" (İsveçrə) - ÇFR (Rumıniya) - 3:1

Qollar: Jordan Sibaço, 23; 42, Mumi Nqamalyo, 25 - Biyel Omrani, 4

İlk oyun - 1:1

23:00. "Benfika" (Portuqaliya) - "Spartak" (Moskva, Rusiya) - 2:0

Qollar: Joau Mariu, 58, Roman Yaremçuk, 90+2

İlk oyun - 2:0

23:00. "Legiya" (Polşa) - "Dinamo" (Zaqreb, Xorvatiya) - 0:1

Qol: Bartol Franyiç, 20

İlk oyun - 1:1

23:00. "Reyncers" (Şotlandiya) - "Malmö" (İsveç) - 1:2

Qol: Alfredo Morelos, 19 - Antonio Çolak, 53; 58

Qırmızı vərəqə: Bonke İnnosent, 45+1 ("Malmö")

İlk oyun: 1:2

Son xəbərlər

Orphus sistemi