Çempionlar Liqası: Son 2 vəsiqənin sahibləri bu gün müəyyənləşəcək

Çempionlar Liqası: Son 2 vəsiqənin sahibləri bu gün müəyyənləşəcək Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinə yekun vurulacaq.
Futbol
8 Avqust , 2020 07:30
Çempionlar Liqası: Son 2 vəsiqənin sahibləri bu gün müəyyənləşəcək

Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinə yekun vurulacaq.

"Report"un məlumatına görə, son cavab görüşlərinin ardından 1/4 finala axırıncı 2 vəsiqənin sahibi müəyyənləşəcək.

Qarşılaşmalardan biri İspaniyada baş tutacaq. İlk matçda səfərdə İtaliya "Napoli"si ilə 1:1 hesablı heç-heçəyə razılaşan "Barselona" bu dəfə rəqibini doğma "Nou Kamp"da qəbul edəcək. Kataloniyalıları bu matçda qolsuz bərabərlik də qane edir.

Gecənin digər matçı isə Almaniyada keçiriləcək. Londondakı qarşılaşmada "Çelsi"ni 3:0 hesabı ilə məğlub edən "Bavariya" növbəti mərhələnin 1 addımlığındadır.

Çempionlar Liqası

1/8 final mərhələsi, cavab oyunları

8 avqust

23:00. "Barselona" (İspaniya) - "Napoli" (İtaliya)

İlk oyun - 1:1

23:00. "Bavariya" (Almaniya) - "Çelsi" (İngiltərə)

İlk oyun - 3:0

Qeyd edək ki, bu mərhələnin digər 2 oyunu avqustun 7-də baş tutub. "Mançester Siti" İspaniyada olduğu kimi, İngiltərədə də "Real Madrid"i 2:1 hesabı ilə məğlub edərək mərhələ adlayıb. "Yuventus" isə İtaliyada Fransa "Lion"unu eyni hesabla yensə də, ilk matçda rəqibinin 1:0 hesablı ev qələbəsi səbəbindən mübarizəni dayandırıb. "Leyptsiq" (Almaniya), PSJ (Fransa), "Atletiko" (İspaniya) və "Atalanta" (İtaliya) 1/4 finala daha əvvəl vəsiqə qazanıblar.

Çempionlar Liqasının qarşılaşmaları növbəti mərhələdən "8-lər finalı" formatında Portuqaliyanın paytaxtı Lissabonda oynanılacaq.

Son xəbərlər

Orphus sistemi