"Çelsi" yeni baş məşqçisini təqdim etdi

"Çelsi" yeni baş məşqçisini təqdim etdi Tomas Tuxel İngiltərənin "Çelsi" futbol komandasına baş məşqçi təyin olunub.
Futbol
26 Yanvar , 2021 23:52
Çelsi yeni baş məşqçisini təqdim etdi
Tomas Tuxel

Tomas Tuxel İngiltərənin "Çelsi" futbol komandasına baş məşqçi təyin olunub.

"Report"un klubun rəsmi saytına istinadən məlumatına görə, 48 yaşlı almaniyalı mütəxəssislə 18 aylıq müqavilə bağlanılıb. O, yeni vəzifədə Frenk Lempardı əvəzləyib.

Artıq Tuxel kollektivi ilk məşqə də çıxarıb. Yanvarın 27-də isə "zadəganlar" Premyer Liqanın XX tur qarşılaşmasında "Vulverhempton"u sınağa çəkəcək.

Hazırda "Çelsi" 19 oyundan 29 xalla 9-cu pillədə qərarlaşıb.

Son xəbərlər

Orphus sistemi