"Çelsi" üçüncü dəfə "Tottenhem”i məğlubiyyətə uğradıb

"Çelsi" üçüncü dəfə "Tottenhem”i məğlubiyyətə uğradıb İngiltərə çempionatının 22-ci turunun matçında "Tottenhem" "Çelsi"ni qəbul edib.
Futbol
5 Fevral , 2021 04:23
Çelsi üçüncü dəfə Tottenhem”i məğlubiyyətə uğradıb

İngiltərə çempionatının 22-ci turunun matçında "Tottenhem" "Çelsi"ni qəbul edib.

“Report” xəbər verir ki, görüş “Çelsi”nin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

London derbisində yeganə qolu 24-cü dəqiqədə Jorjinyo penaltidən vurub.

Bu, Tomas Tuxelin "Çelsi"nin yeni baş məşqçisi kimi üçüncü matçı olub. Əvvəlcə "Çelsi" onun rəhbərliyi ilə "Vulverhempton"la heç-heçə (0:0) oynayıb və "Bernli"ni 2:0 hesabı ilə udub.

"Çelsi" 22 matçda 36 xal toplayaraq İngiltərə Premyer Liqasının cədvəlində altıncı yerə yüksəlib. Çempionatdan üçüncü matçı ardıcıl uduzan "Tottenhem" 21 görüşdə 33 xal yığaraq səkkizinci yerdə qərarlaşıb.

"Çelsi" növbəti turda fevralın 7-də səfərdə "Şeffild Yunayted"ə qarşı oynayacaq, "Tottenhem" həmin gün "Vest Bromviç"i qəbul edəcək.

Son xəbərlər

Orphus sistemi