"Çelsi" sanksiyalara görə ispaniyalı futbolçunu komandada saxlayır

"Çelsi" sanksiyalara görə ispaniyalı futbolçunu komandada saxlayır İngiltərənin "Çelsi" klubu futbolçusu Sezar Aspilikueta ilə müqavilənin müddətini uzadacaq.
Futbol
14 Mart , 2022 14:27
Çelsi sanksiyalara görə ispaniyalı futbolçunu komandada saxlayır

İngiltərənin "Çelsi" klubu futbolçusu Sezar Aspilikueta ilə müqavilənin müddətini uzadacaq.

"Report" "Marca"ya istinadən xəbər verir ki, London təmsilçisi 33 yaşlı ispan müdafiəçinin sözləşməsindəki bənddən istifadə edəcək.

Böyük Britaniya hökumətinin klubun sahibi Roman Abramoviçə tətbiq etdiyi sanksiyalara görə, "zadəganlar"a yeni oyunçu almaq qadağan olunub. Klub bu səbəbdən əlindəki futbolçuları saxlamaq üçün çalışır.

Qeyd edək ki, Sezar Aspilikueta 2012-ci ildən "Çelsi"nin formasını geyinir. Onun mövsümün sonunda İspaniya "Barselona"sına keçəcəyi ehtimal olunurdu.

Son xəbərlər

Orphus sistemi