İngiltərənin "Çelsi" komandası İspaniyanın "Real Madrid" klubunun futbolçusu Mateo Kovaçiçi transfer edib.
"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, London təmsilçisi 25 yaşlı yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Mateo Kovaçiç 2018/2019 mövsümündə icarə əsasında "Çelsi"nin formasını geyinib. O, İngiltərə Premyer Liqasında 32 qarşılaşmada iştirak edib. Xorvatiya millisinin də şərəfini qoruyan oyunçu 2018-ci il Rusiyada keçirilən dünya çempionatında finalçı olub.
