“Çelsi” öz meydanında “Mançester Yunayted”lə bacarmadı

“Çelsi” öz meydanında “Mançester Yunayted”lə bacarmadı İngiltərə Premyer Liqasının 26-cı tutu çərçivəsində “Çelsi” “Mançester Yunayted”i qəbul edib.
Futbol
158
18 Fevral , 2020 02:14
“Çelsi” öz meydanında “Mançester Yunayted”lə bacarmadı

İngiltərə Premyer Liqasının 26-cı tutu çərçivəsində “Çelsi” “Mançester Yunayted”i qəbul edib.

“Report” xəbər verir ki, qarşılaşma “Stemford Bric” stadionunda baş tutub və qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Qarşılaşmada hesab birinci hissənin 45-ci dəqiqəsində açılıb - Antoni Marsyal qonaq komandanın ilk qolunu vurub. Matçın 66-cı dəqiqəsində Qarri Maquayr “qırmızı şeytanlar”ın hesabdakı üstünlüyünü artırıb.

Qeyd edək ki, “Çelsi”nin vurduğu 2 qol VAR baxışından sonra hesaba alınmayıb. 

Hazırda “Mançester Yunayted” 38 xalla turnir cədvəlində 7-ci sırada qərarlaşıb. Hesabında 41 xalı olan “Çelsi” 4-cü yerdədir. Yarışın lideri 26 matçda 76 xal toplamış “Liverpul”dur.  

Son xəbərlər

Orphus sistemi