"Çelsi"nin futbolçusu sərxoş vəziyyətdə taksi sürücüsü ilə münaqişə törədib - VİDEO

"Çelsi"nin futbolçusu sərxoş vəziyyətdə taksi sürücüsü ilə münaqişə törədib - VİDEO İngiltərənin Çelsi klubunun futbolçusu Ross Barkli Liverpul şəhərində xoşagəlməz hadisə ilə diqqət mərkəzinə düşüb.
Futbol
1 Oktyabr , 2019 15:52
Çelsinin futbolçusu sərxoş vəziyyətdə taksi sürücüsü ilə münaqişə törədib - VİDEO

İngiltərənin "Çelsi" klubunun futbolçusu Ross Barkli Liverpul şəhərində xoşagəlməz hadisə ilə diqqət mərkəzinə düşüb.

"Report" "Mirror"a istinadən xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi sərxoş halda taksi xidmətindən istifadə edib. İngiltərəli oyunçu çantasının içindəkiləri maşına dağıdıb.

Sürücü Barklidən avtomobili təmizləməyi tələb edib, oyunçu isə bundan boyun qaçırıb. Daha sonra o, nağd pulu olmadığı üçün ödənişdən imtina edib. 

Hadisə yerinə gələn polislər futbolçu ilə söhbət edib və taksi sürücüsünə pul ödəməsi üçün onu bankomatadək müşayiət ediblər. 

Son xəbərlər

Orphus sistemi