"Çelsi"nin sabiq futbolçusu millimizin qrupunu dəyərləndirdi

"Çelsi"nin sabiq futbolçusu millimizin qrupunu dəyərləndirdi "Püşkatmada 2-ci səbətdən 3-cüyə geriləməklə işimizi kifayət qədər çətinləşdiridk. Amma hər şey daha da pis ola bilərdi"
Futbol
293
9 Dekabr , 2020 13:11
Çelsinin sabiq futbolçusu millimizin qrupunu dəyərləndirdi
Demyen Daff

"Püşkatmada 2-ci səbətdən 3-cüyə geriləməklə işimizi kifayət qədər çətinləşdirdik. Amma hər şey daha da pis ola bilərdi".

"Report"un məlumatına görə, bu fikirləri Azərbaycan millisinin DŞ-2022-nin seçmə mərhələsindəki rəqiblərindən olan İrlandiya yığmasının məşqçisi, Demyen Daff "irishmirror.ie" saytına açıqlamasında deyib.

Britaniyalılar seçmə mərhələyə 2021-ci il martın 24-də Serbiyaya qarşı səfər oyunu ilə start verəcəklər. 41 yaşlı mütəxəssis bu rəqibdən çəkinməməli olduqlarını bildirib: "Debüt matçları hər zaman çətin olur. Amma bu, bizi qorxutmamalıdır. Ümid edirəm ki, milliyə dəvət alan futbolçular formada qalmaq üçün klublarında daha çox oyun şansı qazanacaqlar".

DÇ-2022-nin Avropa zonası üzrə seçmə mərhələsinin A qrupunda Azərbaycan, Portuqaliya, Serbiya, İrlandiya və Lükemburq yığmaları yer alıb. Həmçinin UEFA hazırlıq məqsədilə mundiala ev sahibliyi edəcək Qətər seçməsini bu qrupa dəvət edib.

Qeyd edək ki, Demyen Daff futbolçu karyerası ərzində İngiltərədə "Çelsi" və "Nyukasl" kimi klubların formasını geyinib.

Son xəbərlər

Orphus sistemi