"Çelsi"nin qapıçısı komandadan ayrılmaq istəyir

"Çelsi"nin qapıçısı komandadan ayrılmaq istəyir Bakı. 1 avqust. REPORT.AZ/ İngiltərənin Çelsi klubunun qapıçısı Tibo Kurtua komandadan ayrılmaq istəyir.
Futbol
1 Avqust , 2018 17:10
Çelsinin qapıçısı komandadan ayrılmaq istəyir
Report/FIri Salim
0 : 00
0 : 00

Bakı. 1 avqust. REPORT.AZ/ İngiltərənin "Çelsi" klubunun qapıçısı Tibo Kurtua komandadan ayrılmaq istəyir.

"Report" “The Sun” nəşrinə istinadən xəbər verir ki, London təmsilçisi 26 yaşlı qolkiperi komandada saxlamaq istəsə də, Kurtua bununla razılaşmayıb.

Belçika millisində də çıxış edən oyunçu 9 gün ərzində satılmayacağı təqdirdə növbəti mövsümdə komandanı azad agent kimi tərk edəcəyini söyləyib.

Qeyd edək ki, Tibo Kurtua ilə İspaniyanın "Real Madrid" klubu yaxından maraqlanır. İngiltərədə “transfer pəncərəsi” avqustun 10-u bağlanacaq.

Son xəbərlər

Orphus sistemi