"Çelsi"nin kapitanı: "İşi bitirək və azarkeşlərimizi Bakıya aparaq"

"Çelsi"nin kapitanı: "İşi bitirək və azarkeşlərimizi Bakıya aparaq" Hesab 0:1 olanda bir az çətinlik çəkdik. Amma ilk hissəni yaxşı başa vurduq. İkinci yarıda isə onlardan daha çox şansımız oldu.
Futbol
3 May , 2019 12:22
Çelsinin kapitanı: İşi bitirək və azarkeşlərimizi Bakıya aparaq

"Hesab 0:1 olanda bir az çətinlik çəkdik. Amma ilk hissəni yaxşı başa vurduq. İkinci yarıda isə onlardan daha çox şansımız oldu".

"Report" "goal.com"a istinadən xəbər verir ki, bunu İngiltərənin "Çelsi" klubunun kapitanı Sesar Aspilikueta Almaniyada "Ayntraxt"la 1:1 hesablı heç-heçə etdikləri Avropa Liqasının ilk yarımfinal matçından sonra deyib.

30 yaşlı müdafiəçi qarşılaşmaya yaxşı başlamadıqlarını və rəqibin təzyiqinə cavab verə bilmədiklərini etiraf edib: "Bərabərlik qolunu yaxşı vaxtda vurduq. İkinci hissədə qalib gəlməyi çox istəyirdik". 

Aspilikiueta məqsədlərinin finala yüksəlməkdən ibarət olduğunu vurğulayıb: "Bizm vacib hədəfimiz var. Amma bu, ilk addımdır. Hər şey növbəti cümə axşamı bəlli olacaq. "Ayntraxt" təhlükəli rəqibdir. Bu iş sentyabrda başlayıb. Gərək, bu işi bitirək və azarkeşlərimizi Bakıya aparaq".

Qeyd edək ki, cavab oyunu mayın 9-da keçiriləcək. Avropa Liqasının finalı isə mayın 29-da Bakı Olimpiya Stadionunda təşkil olunacaq. 

Son xəbərlər

Orphus sistemi