"Çelsi"nin kapitanı Con Terri mövsümün sonunda klubu tərk edəcək

"Çelsi"nin kapitanı Con Terri mövsümün sonunda klubu tərk edəcək Müdafiəçi klubda 1998-ci ildən çıxış edir
Futbol
456
18 Aprel , 2017 02:04
Çelsinin kapitanı Con Terri mövsümün sonunda klubu tərk edəcək
Twitter

Bakı. 18 aprel. REPORT.AZ/ İngiltərənin "Çelsi" klubunun müdafiəçisi Con Terri cari mövsümün sonunda komandanı tərk edəcək.

"Report" xəbər verir ki, bu barədə "Çelsi"nin mətbuat xidməti məlumat yayıb.

"Con Terri və "Çelsi" futbol klubu birlikdə bəyan edir ki, bizim kapitan mövsümün sonunda komandanı tərk edəcək", – deyə məlumatda bildirilir.

Terri komandanın rənglərini 1998-ci ildən təmsil edir. O, "londonlular"ın heyətində 16 müxtəlif titula yiyələnib: 4 İngiltərə çempionluğu, 5 İngiltərə Kuboku, 3 Liqa Kuboku, 2 İngiltərə Superkuboku, Çempionlar Liqası və Avropa Liqası.

Son xəbərlər

Orphus sistemi