"Çelsi"nin futbolçusu Türkiyə klubuna keçir

"Çelsi"nin futbolçusu Türkiyə klubuna keçir İngiltərənin "Çelsi" klubunun futbolçusu Deniel Drinkuoter karyerasını Türkiyədə davam etdirəcək.
Futbol
15 Yanvar , 2021 20:56
Çelsinin futbolçusu Türkiyə klubuna keçir
Deniel Drinkuoter

İngiltərənin "Çelsi" klubunun futbolçusu Deniel Drinkuoter karyerasını Türkiyədə davam etdirəcək.

"Report" "Goal" nəşrinə istinadən xəbər verir ki, Superliqada çıxış edən "Kasımpaşa" 31 yaşlı yarımmüdafiəçini icarəyə götürüb.

İstanbula gələn ingiltərəli oyunçu tibbi müayinədən sonra rəsmi müqaviləyə imza atacaq. Sözləşmənin detalları açıqlanmır.

Qeyd edək ki, İngiltərə millisinə də dəvət alan Deniel Drinkuoter 2020/2021 mövsümündə heç bir oyunda meydana çıxmayıb. O, sonuncu dəfə ötən ilin fevralında oynayıb.

Son xəbərlər

Orphus sistemi