"Çelsi"nin əfsanəvi kapitanı kluba qayıdıb

"Çelsi"nin əfsanəvi kapitanı kluba qayıdıb İngiltərənin "Çelsi" klubu sabiq kapitanı Con Terrini geri qaytarıb.
Futbol
29 dekabr 2021 11:48
Çelsinin əfsanəvi kapitanı kluba qayıdıb

İngiltərənin "Çelsi" klubu sabiq futbolçusu Con Terrini geri qaytarıb.

"Report" London təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 41 yaşlı keçmiş kapitan London təmsilçisinin akademiyasında məsləhətçi məşqçi kimi işləyəcək.

Qeyd edək ki, Con Terri 1998 - 2017-ci illərdə "zadəganlar"ın formasını geyinib. Əfsanəvi oyunçu beş dəfə Premyer Liqanın, bir dəfə isə UEFA Çempionlar Liqası və UEFA Avropa Liqasının qalibi olub. Terri son olaraq, 2018 - 2021-ci illərdə "Aston Villa"da köməkçi-məşqçi funksiyasını yerinə yetirib.

Son xəbərlər

Orphus sistemi