"Çelsi"nin baş məşqçisi hakimi tənqid edib

"Çelsi"nin baş məşqçisi hakimi tənqid edib "Düşünürəm ki, bu doğru davranış deyil"
Futbol
13 Aprel , 2022 10:28
Çelsinin baş məşqçisi hakimi tənqid edib

İngiltərənin "Çelsi" komandasının baş məşqçisi Tomas Tuxel İspaniyada "Real Madrid"ə əlavə vaxtda 2:3 hesabı ilə uduzduqları UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyununu idarə edən hakim Şimon Marçinyakı tənqid edib.

"Report"un məlumatına görə, 49 yaşlı mütəxəssis London təmsilçisinin hesaba alınmayan qolu ilə bağlı polşalı referinin qərarından narazı qaldığını bildirib.

63-cü dəqiqədə "zadəganlar" 3-cü qolu vurub, lakin VAR Markos Alonsonun əllə oynadığını əsas gətirərək qolu qeydə almayıb. Tuxel Marçinyak həmin epizodu izləmədiyi üçün qəzəblənib: "Həm də onun həmkarım Karlo Ançelotti ilə nə qədər yaxşı vaxt keçirməsindən məyus oldum. Hakimin oyundan sonra rəqib baş məşqçi ilə birlikdə gülümsədiyini və yüksək səslə güldüyünü gördüm. Düşünürəm ki, bu, doğru davranış deyil".

Qeyd edək ki, Londonda "Çelsi"ni 3:1 hesabı ilə məğlub edən "Real Madrid" yarımfinala yüksəlib.

Son xəbərlər

Orphus sistemi