"Çelsi" Neymarın transferində maraqlıdır

"Çelsi" Neymarın transferində maraqlıdır "Çelsi" PSJ-nin braziliyalı hücumçusu Neymarın transferində maraqlıdır.
Futbol
6 may 2023 18:25
Çelsi Neymarın transferində maraqlıdır

"Çelsi" PSJ-nin braziliyalı hücumçusu Neymarın transferində maraqlıdır.

"Report" xəbər verir ki, bu barədə "Sky Sports" məlumat yayıb.

İngiltərə klubunun sahibi Todd Boeli hücumçunun transferini parislilərin prezidenti Nasser Əl-Xelaifi ilə müzakirə edib.

Bununla belə, klub onun keçidinin mümkün olub-olmadığına əmin deyil.

“Digər problem futbolçunun dörd il üçün nəzərdə tutulmuş müqaviləsi ola bilər”, - nəşrdə bildirilir.

Qeyd edək ki, braziliyalı hücumçu 2017-ci ilin yayında PSJ-yə keçib. Bu mövsüm o, parislilərin heyətində 29 oyun keçirib və 18 qol vurub.

Son xəbərlər

Orphus sistemi