​"Çelsi" klubunun sahibi ofisianta 600 avro bəxşiş verib

​"Çelsi" klubunun sahibi ofisianta 600 avro bəxşiş verib Rusiyalı milyarder yaxtası ilə səyahətə çıxıb
Futbol
23 Oktyabr , 2015 15:24
​Çelsi klubunun sahibi ofisianta 600 avro bəxşiş verib

Bakı. 23 oktyabr. REPORT.AZ/ Türkiyənin Mərmərə bölgəsində istirahət edən İngiltərənin "Çelsi" klubunun sahibi Roman Abramoviç restoranın körpüsünə yaxınlaşdıqda qayığın ipini tutan ofisianta 2 000 lirə (600 avrodan çox) bəxşiş verib. 

"Report"un Türkiyə KİV-inə istinadən verdiyi məlumata görə, meqa yaxta hesab edilən 165 metr uzunluğundakı "Eclipse"lə dəniz səyahətinə çıxarkən rusiyalı milyarder 25 min dollar qiymətindəki velosipedini sürmək üçün qayıqla körpüyə yaxınlaşıb.

Qayığın yaxınlaşdığını görən restoranın ofisiantı Selçuk Günay qaçaraq ora gedib və kömək edib. Milyarder isə əvəzində ona bəxşiş verib. Günay hadisəni belə şərh edib: "Qayıq körpüyə yaxınlaşdıqda Abramoviç olduğunu bilmədim. Ötən il də velosiped gəzintisində bizim restorana gəlmişdi. Ancaq qayıqdan düşəndə onu tanıdım. Restorandan çıxanda mühafizəçiləri mənə 2 min lirə verdi. Bəxşişi maaşın verilməsinə az qalmış müddətdə aldım və elə düşünürəm ki, iki qat maaş almışam. Gedəndə özünə "çox sağ ol" dedim və gələn il də gözləyəcəyimi bildirdim".

R.Abramoviçin yaxtası artıq iki gündür Mərmərə bölgəsində Hisarönü körfəzindəki 5 ulduzlu otelin qarşısındadır.

Son xəbərlər

Orphus sistemi