"Çelsi" klubu məşhur futbolçusu ilə yollarını ayırır

"Çelsi" klubu məşhur futbolçusu ilə yollarını ayırır Con Terri 17 il komandanın kapitanı olub
Futbol
14 Dekabr , 2016 11:36
Çelsi klubu məşhur futbolçusu ilə yollarını ayırır

Bakı. 14 dekabr. REPORT.AZ/ İngiltərənin "Çelsi" klubu futbolçusu Con Terri ilə yollarını ayıracaq. "Report"un "The Times" nəşrinə istinadən verdiyi məlumata görə, 17 il "zadəganlar"ın kapitanı olan müdafiəçi mövsüm sonunda komandadan gedəcək.

Baş məşqçi Antonio Konte zədədən əziyyət çəkən Terriyə yeni mövsümdən komandada yer verməyi düşünmür.

London klubu isə 36 yaşlı futbolçunu komandadan ayrıldıqdan sonra idarə heyətində görmək istəyir.

Qeyd edək ki, Con Terri 1998-ci ildən "Çelsi"də çıxış edir. O, 2000-ci ildə qısa müddətə "Nottingem Forest"in heyətində icarə əsasında çıxış edib.

Son xəbərlər

Orphus sistemi