"Çelsi" İngiltərə Kubokunun finalında

"Çelsi" İngiltərə Kubokunun finalında Londonun "Çelsi" komandası İngiltərə Kubokunun 1/2 final matçında "Mançester Siti”yə qalib gəlib
Futbol
17 Aprel , 2021 23:18
Çelsi İngiltərə Kubokunun finalında

"Çelsi" komandası İngiltərə Kubokunun yarımfinal matçında "Mançester Siti”yə qalib gəlib.

"Report" xəbər verir ki, Londonun “Uembli” stadionunda keçirilmiş görüş "zadəganlar"ın 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 55-ci dəqiqədə Hakim Ziyeş vurub.

Həlledici matçda Tomas Tuxelin rəhbərlik etdiyi komanda "Lester" - "Sautqempton" qarşılaşmasının qalibi ilə oynayacaq.

“Çelsi” İngiltərə Premyer Liqasının yarış cədvəlində 54 xalla 5-ci yerdə qərarlaşıb. Komanda növbəti turda "Brayton"la üz-üzə gələcək. Görüş aprelin 20-də olacaq.

"Mançester Siti" isə 74 xalla birinci yerdədir. Xosep Qvardiolanın baş məşqçi olduğu kollektiv növbəti matçda "Aston Villa" ilə qarşılaşacaq. Oyun aprelin 21-də keçiriləcək.

Son xəbərlər

Orphus sistemi